“Beşiktaş”dan 6 qollu qələbə, “Trabzonspor” uduzdu
Türkiyə Superliqasında 3-cü tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
“Beşiktaş” öz meydanında “Çorum”u qəbul edib. 8 qolun vurulduğu görüşdə “Qara qartal” qələbə qazanıb.
Səfərdə “Amedspor”un qonağı olan “Trabzonspor” isə meydanı məğlub tərk edib.
“Beşiktaş” - “Çorum” - 6:2
Qollar: Çernı, 9 (1:0), Vlahoviç, 43-pen., (2:0), Diomande, 52 (2:1), Vlahoviç, 59 (3:1); 66 (4:1), Fakili, 73 (5:1), Mahmiç, 77 (5:2), Murillo, 83 (6:2)
“Amedspor” - “Trabzonspor” - 2:1
Qollar: Salah, 11 (0:1), Sor, 45+5 (1:1), Orban, 90 (2:1)
Bu nəticələrdən sonra “Beşiktaş” 6 xalla 3-cü, “Amedspor” 6 xalla 5-ci, “Trabzonspor” 4 xalla 11-ci, “Çorum” isə 1 xalla 16-cı pillədə qərarlaşıb.