Araz oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib AEK kollektivi olub.

Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 3:1.

A.Abdullayev meydana start heyətində çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hesabında 40 xal olan “Anortosis” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.