Araz oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib APOEL olub. 

Qarşılaşma APEOL-in xeyrinə yekunlaşıb - 3:0.

A.Abdullayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Anortosis" 36 xalla 2-ci pillədə qərarlaşıb.