Arazın komandasından növbəti qələbə
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Aris" kollektivi olub.
Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 2:0.
A.Abdullayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Anortosis" hazırda turnir cədvəlində 36 xalla 1-ci pillədə qərarlaşıb.