Arbeloa fransalı ulduzu cəzalandıracaq

"Real Madrid"in məşqçi heyəti və baş məşqçi Arbeloa ilə Kilian Mbappe arasında münasibətlər gərginləşib.

Sportline.az xəbər verir ki, Arbeloa və onun köməkçiləri Mbappenin "Barselona"ya uduzmaqdan qorxduğu üçün qəsdən "El Klassiko"nu buraxdığına inanırlar.

İddialara görə, məhz buna görə, məşqçi “Real”ın “Real Oviedo”ya 2-0 hesabı ilə qalib gəldiyi oyunda Mbappeni heyətə daxil etməyərək onu cəzalandırmaq qərarına gəlib. 

Bildirilir ki, Mbappe özü oynamaq istədiyini desə də, Arbeloanın qərarı qəti olub.