Arda "Atletiko"ya qayıdır

"Atletiko Madrid" türkiyəli məşqçi Arda Turanın xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, İspaniya nəhəngi təcrübəli mütəxəssislə danışıqlar aparır.

Bu iddia ilə İspaniya mediası çıxış edib. "Atletiko Madrid" rəhbərliyi sükanı hazırda Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi olan Arda Turana etibar etməyə hazırlaşır.

Media danışıqların detallarını açıqlamayıb. Sadəcə, türkiyəli mütəxəssisin bu təklifə isti yanaşdığı vurğulanıb.