Arda "Barselona"da qalır
Türkiyəli futbol ulduzu Arda Turan karyerasını İspaniyada davam etdirəcək. Sportline.az xəbər verir ki, hücumçu bu haqda Goal.com saytına açıqlama verib. İspaniyada özünü xoşbəxt hiss etdiyini bildirən Arda "Barselona"nı dünyanın ən güclü klubu adlandırıb. Xatırladaq ki, son günlər Arda Turanın Çin klublarından birinə keçəcəyi haqda xəbərlər dolaşırdı.