Arda Güler ayın oyunçusu seçildi
Türkiyə millisinin ulduzu Arda Güler çıxış etdiyi "Real Madrid" klubunda aprel ayının ən yaxşı futbolçusu seçilib.
Sportline.az xəbər verir ki, gənc yarımmüdafiəçi bu mükafata gedən yolda Vinisius Junior, Federiko Valverde, Antonio Rüdiger və Cud Bellingem kimi dünya ulduzlarını geridə qoyub.
Aprel ayında göstərdiyi performansla diqqət çəkən Arda Güler 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mövsüm üzrə statistikasına gəlincə, 50 oyunda meydana çıxan futbolçu 6 qol və 14 assistlə komandasına ümumilikdə 20 qolluq töhfə verib.