Arda Güler İngiltərədə çıxış edə bilər
İngiltərənin 3 klubu “Real Madrid”in futbolçusu Arda Gülerin xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, “Arsenal”, “Mançester Yunayted” və “Liverpul” türk ulduzu transfer etmək üçün hərəkətə keçib.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, Arda Güler 2023-cü ildən "Real"da çıxış edir.