Arda Güler "Milan"a transfer olacaq?

"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Milan" Arda Güleri transfer etmək niyyətindədir.

20 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Arda bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 3 qol və 5 asistlə yadda qalıb.