Arda Gülerin mövqeyi dəyişməz qalır
Bernardo Silvanın "Real Madrid"ə transfer olmasına baxmayaraq, Arda Gülerin komandadakı mövqeyi dəyişməz qalır.
Sportline.az xəbər verir ki, "Real"ın məşqçisi Joze Mourinyonun yeni mövsüm planlarında türkiyəli futbolçu əsas fiqurlardan biri hesab olunur.
"Marca"nın məlumatına görə, Madrid klubunun rəhbərliyi Arda Güleri uzunmüddətli layihənin vacib hissəsi kimi görür və onunla bağlı hər hansı ayrılıq variantını nəzərdən keçirmir. Mourinyonun Ardanın çox yönlü oyun keyfiyyətlərindən yarımmüdafiənin mərkəzində istifadə etməyi planlaşdırdığı bildirilir.
Qeyd edək ki, Arda Güler ötən mövsüm 51 oyunda 6 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.