Arda İtaliya nəhənginə transfer ola bilər
"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "İnter" "Ardanı transfer etmək üçün hərəkətə keçib.
20 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Arda Güler cari mövsüm çıxış etdiyi 29 matçda 3 qol və 5 asistlə yadda qalıb.
Onun "Real Madrid"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.