Arda sabiq komandasına qarşı oynaya biləcəkmi?
Bu gün İspaniya "La Liqa"sında 22-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, turun mərkəzi oyunu Kataloniyada keçiriləcək. Turnir cədvəlinin zirvəsində qərarlaşan iki komanda - "Barselona" və "Atletiko" "Nou Kamp"da münasibətlərə aydınlıq gətirəcək.
Matç ərəfəsində hamını maraqlandıran əsas sual Arda Turanın sabiq komandasına qarşı forma geyib-geyməyəcəyidir. "Marca"nın məlumatına görə, bir neçə gün əvvəl səhhətində problem olan futbolçu bu günkü oyuna çıxamağ tam hazırdır. Baş məşqçi Luis Enrikenin də türkiyəliyə şans verəcəyi gözlənilir.
Komandaların bu heyətlərlə meydana çıxacağı ehtimal olunur:
"Barselona": Bravo, Matyö, Pike, Maskerano, Alves, Arda, Buskets, İnyesta, Neymar, Suarez, Messi;
"Atletiko": Oblak, Filipe Luis, Qodin, Ximenez, Xuanfran, Koke, Qabi, Fernandez, Niqes, Vietto, Qrizman.
Qeyd edək ki, "Barselona" - "Atletiko" matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.