Arda Turan tarixə düşdü
Çempionlar Liqasının "Barselona" - ""Borussiya" (Münhenqladbax) matçında 3 qol və 1 qol ötürməsi ilə qələbədə əsas pay sahibi olan Arda Turan Kataloniya klubunun tarixinə düşüb. O, "Barselona"nın heyətində Çempionoar Liqasında het-trikə imza atan 6-cı futbolçu olub. Türk futbolçudan əvvəl hazırkı komanda yoldaşları - Lionel Messi və Neymar, "Antalyaspor"da çıxış edən Samuel Eto, karyerasını başa vuran Ronaldinyo və Rivaldo bir oyunda rəqibi 3 dəfə cəzalandırmışdı.