Arda üçün "Barselona" macərası başa çatır
"Barselona" türkiyəli futbolçu Arda Turanla yollarını ayırmağa hazırlaşır. SportLine.az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb.
Xəbərdə Kataloniya klubunun mövsümün sonunda yarımmüdafiəçini satmaq istəyində olduğu bildirilir. "Barselona" klubu futbolçunun transferindən, ən azı, 25 milyon avro qazanmaq niyyətindədir.
Türkiyəli ulduzun əvəzinə La Liqa təmsilçisi Di Mariya, Marko Roys və ya Vitolonu heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, A.Turan 2015-ci ildən "Barselona"nın şərəfini qoruyur.