Argentina millisinin üzvü "İnter"ə keçə bilər
"İnter" Emiliano Martinezi heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Milan klubu 33 yaşlı kiperin meneceri ilə danışıqlara başlayıb.
Argentina millisinin üzvü bu mövsüm meydana çıxdığı 21 matçda qapısında 20 top görüb.
Qeyd edək ki, E.Martinezin dəyəri 15 milyon avrodur.