Argentinalı futbolçu Brazilya klubunda çıxış edə bilər
"Roma"nın argentinalı futbolçusu Paulo Dibala karyerasını Brazilyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Flamenqo" 32 yaşlı oyunçu ilə ciddi şəkildə maraqlanır.
Bu haqda jurnalist Sezar Luis Merlo məlumat yayıb.
Qeyd edək ki, 32 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 22 matçda 3 qol, 4 asistlə yadda qalıb.