Armenteros "Qarabağ"dan niyə gedib?

"Armenterosdan soruşsanız ki, baş məşqçi sizə getmək haqda nəsə deyib? Yox cavabı verəcək".

SportLine.az "sportnet.az"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun final maçtından öncə keçirilən mətbuat konfransında deyib.

Samuel Armenterosun komandadan göndərilməsinə münasibət bildirən 44 yaşlı mütəxəssis isveçli futbolçunun özünün "Qarabağ"dan getməyə tələsdiyini vurğulayıb: "Mən də bu barədə mətbuatdan oxumuşam. Sadəcə futbolçu tələsir. Onunla 1+1 illik müqaviləmiz var. Yəni tərəflər razı olsa, 1 il artırılacaq. Ancaq mən fikir bildirməmişəm. Görünür özü getməyə tələsir"

 

Banner