Arne Slot: "Belə mövzuları öz aramızda həll edirik"
"Liverpul"un niderlandlı çalışdırıcısı Arne Slot mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis Salah, Van Deyk və Arnoldun müqaviləsi ilə bağlı məsələyə toxunub.
"Belə mövzuları öz aramızda həll edirik. Hər üç futbolçu bizim üçün dəyərlidir. Komandanın liderləri onlardır. Zamanla hər kəs nə olduğunu görəcək", - deyə A.Slot bildirib.
Qeyd edək ki, Arnold və Van Deykin "Real"a transfer olacağı gözlənilir.
Salah isə "Liverpul"la yeni müqavilə imzalamaq niyyətindədir.
Xatırladaq ki, hər üç futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.