Arne Slot: “Onun “Liverpul”da qalmasını istəyirəm”
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın kapitanı Vircil Van Deyk haqqında danışıb.
Sportline.az “Press Conference” nəşrinə istinadən xəbər verir ki, A.Slot 33 yaşlı müdafiəçinin klubda qalmasını istəyir.
“Van Deyk mükəmməl futbolçudur. Onun “Liverpul”da qalmasını istəyirəm. Bu klubun önəmli parçasıdır. Ümid edirəm ki, Van Deyk “Liverpul”la yeni müqavilə imzalayacaq”, - deyə Arne Slot bildirib.
Qeyd edək ki, Van Deykin “Liverpul”la müqaviləsi mövsümün sonunda başa çatacaq.