"Arsenal" "Bayer"ə elçi düşdü
"Arsenal" Piero Hinkapienin transferi üçün danışıqları davam etdirir.
Sportline.az xəbər verir ki, İngiltərənin "Arsenal" klubu Almaniyanın "Bayer" komandasında çıxış edən müdafiəçi Piero Hinkapienin transferi üçün planlarını sürətləndirməkdə davam edir.
Almaniyalı jurnalist Florian Plettenberqin məlumatına görə, "Arsenal" ilə "Bayer" arasında danışıqlar davam edir.
London klubu 60 milyon avroluq sərbəstqalma maddəsindən daha aşağı bir məbləğlə transferi reallaşdırmağa çalışır.