"Arsenal" "Bayer"in qonağı olacaq

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Arsenal" səfərdə "Bayer"lə qarşılaşacaq.

London klubunda Leandro Trossard, Rikkardo Kalafiori, Ben Vayt, Martin Odeeqard və Mikel Merino zədəlidir.

Leverkuzen təmsilçisində isə itkiləri sayı daha çoxdur. Patrik Şik, Natan Tella, Mark Flekken, Loiç Bade, Lukas Vazkez, Artur və Eliesse Ben Seqir baş məşqçi Kasper Hyulmanddın sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək oyunu türkiyəli hakim Halil Umut Meler idarə edəcək.