"Arsenal" "Bornmut"a çətinliklə qalib gəldi
İngiltərə Premyer Liqasının lideri "Arsenal" 20-ci turda səfərdə "Bornmut"la qarşılaşıb.
Sportline.az xəbər verir ki, görüş "topçular"ın qələbəsi ilə nəticələnib.
"Bornmut" 2-3 "Arsenal"
Qollar: Evanilson, 10, Qabriel Maqalayeş, 16, Deklan Rays, 54, 71, Kroupi, 76
Qeyd edək ki, "Arsenal" 48 xalla çempionata başçılıq edir. "Bornmut" 23 xalla 15-cidir.