"Arsenal" brazilyalı ulduza göz qoydu
"Real Madrid"in brazilyalı ulduz futbolçusu "Arsenal"ın maraq dairəsinə düşüb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Rodriqo üçün "Arsenal" qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.
24 yaşlı vingerin "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 13 qol 10 asistlə yadda qalıb.