“Arsenal” bu futbolçuya görə 60 milyon avro ödəməyə hazırdır

“İnter”in fransalı futbolçusu Markus Turam üçün “Arsenal”dan təklif var.

Sportline.az “TV Play” kanalına istinadən xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta 27 yaşlı forvardı komandasında görmək istəyir.

London klubunun rəhbərliyi Turam üçün “İnter”ə 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Turam bu mövsüm çıxış etdiyi 26 matçda qapılara 14 qol vurub.