"Arsenal" çempion oldu

İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün çempionu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, 37-ci turun "Bornmut" - “Mançester Siti” oyunundan (1:1) sonra dəqiqləşib. 2-ci yerdəki "şəhərlilər" səfərdən bir xalla ayrılıblar.

Nəticədə sona bir tur qalmış lider “Arsenal"la "Mançester Siti" arasındakı xal fərqi 4 olub. Bununla da London təmsilçisinin çempionluğu rəsmiləşib.

Beləliklə, “Arsenal” 22 il sonra Premyer Liqada çempionluğunu qazanıb.