"Arsenal" finala belə yüksəldi
"Arsenal" İngiltərə Liqa kubokunda finala yüksəlib.
Sportline.az xəbər verir ki, "topçular" yarımfinalda "Çelsi"ni üstələyiblər.
İlk görüşdə 3:2 qalib gələn London təmsilçisi cavab natçında 1-0 hesablı qələbə ilə həlledici mərhələyə adlayıb.
"Arsenal"ın finaldakı rəqibi bu gecə keçiriləcək "Mançester Siti" - "Nyukasl" görüşündə müəyyənləşəcək. Mançesterlilər ilk oyunda 2:0 hesabı ilə qalib gəlmişdilər.
İngiltərə Liqa kuboku
"Arsenal" - "Çelsi" 1:0 (ilk oyun – 3:2)
Qol: Haverts 90+7