"Arsenal" forvardını 30 milyona satmağa hazırdır

"Arsenal" brazilyalı forvardı Qabriel Jesusun transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, London klubu futbolçusu üçün 30 milyon avro tələb edir.

"Milan" 28 yaşlı oyunçuya elçi düşüb. İtaliya klubunun rəhbərliyi Qabrielin meneceri ilə danışıqlara başlayıb.

Bu haqda "Milan Live" nəşri məlumat yayıb.

Qeyd edək ki, Brazilya millisinin sabiq hücumçusu karyerası ərzində çıxış etdiyi 415 matçda 149 qol, 73 asistlə yadda qalıb.