"Arsenal" fransalı forvardı transfer etmək istəyir

"İnter"in forvardı Markus Turam karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.  

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" fransalı hücumçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.  

London təmsilçisi Turamın "İnter"lə müqaviləsində göstərilən 71 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır. 27 yaşlı futbolçu ilə "Çelsi" və "Liverpul" da maraqlanır.  

Qeyd edək ki, Markus Turam 2023-cü ilin yayında "İnter"ə qoşulub. Fransa millisinin üzvü cari mövsümdə Milan klubunun heyətində meydana çıxdığı 38 rəsmi oyunda 16 qol vurub və 4 məhsuldar ötürmə edib.