"Arsenal" futbolçusuna yeni müqavilə təklif edib
"Arsenal" niderlandlı futbolçusu Jurrien Timberlə yola davam edəcək.
Sportline.az xəbər verir ki, London klubu 24 yaşlı oyunçuya yeni müqavilə təklif edib.
Timberin hazırki sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm çıxış etdiyi 10 matçda 2 qol, 2 asistlə yadda qalıb.