"Arsenal" gənc futbolçusu ilə vidalaşır

"Arsenal"ın ingiltərəli futbolçusu Ethan Vaneri yanvar ayında komandadan ayrıla bilər.

Sportline.az xəbər verir ki, London klubunun rəhbərliyi 18 yaşlı futbolçunu icarəyə vermək istəyir.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, E.Vaneri bu mövsüm meydana çıxdığı 9 oyunda 1 qolla yadda qalıb.