“Arsenal” “İpsiç”lə matça itkilərlə çıxacaq
Bu gün İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulucaq.
Sportline.az xəbər verir ki, “Arsenal” öz meydanında “İpsiç”lə qarşılaşacaq.
“Arsenal”ın heyətində əsas itki Bukayo Saka, Rahim Sterlinq, Oleksander Zinçenko və Ben Vaytın adı ilə bağlıdır.
“İpsiç”də isə Aksel Taunzebe, Kieran Sliker, Massimo Luonqo, Oqbene, Jorj His zədə, Sam Morsi isə cəza səbəbindən matçı buraxmalı olacaq.
Oyunun ədalət təmsilçisi Daren Enqiland olacaq.
Qeyd edək ki, “Arsenal” – “İpsiç” matçı 28 dekabr saat 00:15-də başlanacaq.