"Arsenal" ispaniyalı futbolçunu transfer edəcək

"Arsenal" yay transfer pəncərəsi dövründə "Atletik"in ispaniyalı futbolçusu Niko Uilyamsı transfer etməyə çalışacaq.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, London klubu Uilyams üçün "Atletik"ə 60 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.

22 yaşlı futbolçu "Arsenal"da çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Niko Uilyamsın "Atletik"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.