"Arsenal" isveçli futbolçu ilə görüşmələrə başlayıb

"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak "Arsenal"ın əsas transfer hədəfinə çevrilib.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Arsenal" İsakla görüşmələrə başlayıb.

25 yaşlı futbolçunun "Nyukasl Yunayeted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İsak bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 22 qol və 5 asistlə yadda qalıb.