"Arsenal"dan əzmkar qələbə
İngiltərə "Premyer Liqa"sında 26-cı turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, turun mərkəzi oyununda "Arsenal" "Lester"i qəbul edib.
London təmsilçisi hesabda geri düşsə də, vəziyyəti dəyişməyi bacarıb.
14 fevral 2016
"Premyer Liqa", 26-cı tur
"Arsenal" - "Lester Siti" - 2:1
Qollar: Vardi, 45 (0:1), Uolkot, 70 (1:1), Uelbek, 90+5 (2:1)