"Arsenal" "Nyukasl"ın futbolçuna göz qoydu

"Nyukasl Yunayted"in ingiltərəli futbolçusu Entoni Qordon "Arsenal"ın maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, bu haqda "Gunner Blog" nəşri məlumat yayıb.

London klubu rəhbərliyi "Real"dan Rodriqonu transfer edə bilməsə, alternativ variant olaraq Qordonu seçib.

Qeyd edək ki, 24 yaşlı sol cinah vingerinin dəyəri 65 milyon avrodur.