“Arsenal” “Olimpiakos”u sınağa çəkəcək

UEFA Çempionlar Liqasının liqa mərhələsində 2-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Arsenal" "Emireyts Stedyum"da "Olimpiakos"u sınağa çəkəcək.

Heyətlərə nəzər saldıqda "topçular"da əsas itki Qabriel Jesus, Kay Haverts və Noni Maduekenin adı ilə bağlıdır.

"Olimpiakos"da isə yeganə itki Roman Yaremçukdur.

Qeyd edək ki, "Arsenal" - "Olimpiakos" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Görüşün ədalət təmsilçisi Fransua Leteksiye olacaq.