"Arsenal" - "Real Madrid": Heyətlərdəki son durum

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına start veriləcək.

Sportline.az xəbər verir ki, “Arsenal” “Emireyts Stedyum”da “Real Madrid”lə qarşılaşacaq.

Heyətlərə nəzər saldıqda “Arsenal”da Qabriyel Maqalayeş, Rikardo Kalafiori, Qabriyel Jesus, Kay Havert zədə, Rahim Sterlinq isə cəza səbəbindən matçı buraxmalı olacaq.

“Real Madrid”də isə qapıçı Andrey Lunin, Dani Karvaxal, Eder Militao, Ferlan Mendi və Dani Sebalyos zədə, Çuameni isə cəza səbəbindən baş məşqçi Karlo Ançelottinin sərəncamında olmayacaq. Oyunda ədaləti bosniyalı İrfan Pelito təmsil edəcək. Matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.