"Arsenal" "Real Madrid"in gənc oyunçusunu izləməyə başlayıb
"Arsenal" "Real Madrid"in 19 yaşlı stopperi Viktor Valdepenası izləməyə başlayıb.
Sportline.az xəbər verir ki, bu haqda ESPN Deportes nəşri məlumat yayıb.
İspaniya U-19 millisinin üzvü "Real"ın əsas komandasında "Alaves"ə qarşı debüt etmişdir.
Qeyd edək ki, V.Valdepanasın dəyəri "Transfermarkt" portalına görə, 500 min avrodur.