"Arsenal" Tonalinin izinə düşüb

"Arsenal" "Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.

25 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 35 matçda 5 asistlə yadda qalıb.

Qeyd edək ki, Tonalinin transfer qiyməti 80 milyon avrodur.