“Arsenal” Trossardla yola davam etmək niyyətindədir
"Arsenal" belçikalı futbolçusu Leandro Trossardla yola davam etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
"Topçular" 30 yaşlı sol cinah vingerinə yeni müqavilə təklif edib.
Qeyd edək ki, Trossardın "Arsenal"la hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
O, cari mövsüm meydana çıxdığı 14 matçda 4 qol, 4 asistlə yadda qalıb.