“Arsenal” ulduzu ilə yeni müqavilə bağlayacaq

"Arsenal" ingiltərəli ulduz futbolçusu Bukayo Saka ilə yola davam edəcək.

Sportline.az xəbər verir ki, London klubu 24 yaşlı oyunçuya 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulmuş müqavilə təklif edib. 

Bu haqda jurnalist Nikolo Şıkıra məlumat yayıb.

Qeyd edək ki, Saka cari mövsüm meydana çıxdığı 14 matçda rəqib qapılarından 6 top keçirib.