"Arsenal" və "Çelsi" transfer yarışına girib

"İnter"in fransalı futbolçusu Markus Turam mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" Turamla yaxından maraqlanır.

27 yaşlı hücumçunun sərbəst qalma məbləği 71 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Turam bu mövsüm çıxış etdiyi 38 matçda rəqib qapılarından 16 top keçirib.