“Arsenal” və “Çelsi” transfer yarışına girib

"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Daily Express" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" Xavi ilə yaxından maraqlanır.

22 yaşlı futbolçunun dəyəri 90 milyon avrodur.

Qeyd edək ki, "Bavariya" klubuda Simonsu transfer etmək istəyir.

Lakin oyunçunun İngiltərədə çıxış edəcəyi gözlənilir.