"Arsenal" və "Çelsi" transfer yarışına girib

"Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Varton mövsümün sonunda komandasınə dəyişə bilər.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" 21 yaşlı yarımmüdafiəçini transfer etmək üçün hərəkətə keçib.

A.Vartonun dəyəri "Transfermarkt" portalına görə, 60 milyon avrodur.

Qeyd edək ki, London klubu oyunçusunu satmaq niyyətində deyil.