"Arsenal" və "Real"ın Mbappe yarışması

"Monako"nun gənc ulduzu Kilian Mbappeni heyətində görmək istəyən klublara daha biri əlavə olunub. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, növbəti mövsüm çempionluğu hədəfləyən "Arsenal" futbolçunun xidmətində maraqlıdır.

Xatırladaq ki, 18 yaşlı hücumçunu Madrid "Real"ı da transfer etmək niyyətindədir. "Kral klubu" bir neçə dəfə knyazlıq təmsilçisi ilə görüşsə də, hələ ki, razılıq əldə olunmayıb. 

Məlumata görə, "Monako" transferdən 150 milyon avro qazanmaq istəyir.