“Arsenal” “Vest Hem Yunayted”lə üz-üzə gələcək

İngiltərə Premyer Liqasında 7-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, çempionluğa iddialı "Arsenal" "Emireyts" stadionunda "Vest Hem Yunayted"lə üz-üzə gələcək.

"Topçular"ın heyətində itkilərin sayı çoxdur. Qabriel Maqalayeş, Piero Hinkapi, Qabriel Jesus, Kay Haverts və Noni Madueke baş məşqçi Mikel Artetanın sərəncamında olmayacaq.

"Vest Hem"də Aaron Van-Bissaka zədə, Tomas Souçek isə cəza səbəbində matçı buraxmalı olacaq.

Qeyd edək ki, start fiti 18:00-da başlanacaq oyunu Con Bruks idarə edəcək.