"Arsenal"da ayrılıq

"Arsenal"ın şotlandiyalı futbolçusu Kiran Tirney yanvar ayında klubdan ayrılacaq.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, K.Tirney karyerasını ölkəsində davam etdirəcək.

"Seltik" 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. 

Bu keçid üçün Şotlandiya klubu "Arsenal"a 10 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, K.Tirneyin İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Tirney cari mövsüm cəmi 1 matçda iştirak edib.