"Arsenal"da ciddi itki - 1 ay olmayacaq

Bukayo Saka 3–4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Sportline.az xəbər verir ki, “Arsenal”ın əsas futbolçularından biri olan Bukayo Saka zədələnib.

İngiltərə millisinin üzvü “Lids Yunayted”lə oyunöncəsi isinmə zamanı əzələ zədəsi alıb və təxminən 3–4 həftə meydanlardan kənarda qalacağı gözlənilir.

 “Topçular” futbolçunun Şimali London derbisinə (“Tottenhem”ə qarşı ) qədər hazır olmasını hədəfləyir.