“Arsenal”da ciddi itki

Uilyam Saliba təxminən dörd həftə yaşıl meydanlardan uzaq qalacaq.

Sportline.az xəbər verir ki, "Arsenal" klubunun müdafiəçisi Premyer Liqanın 3-cü turunda "Liverpul"la baş tutan qarşılaşmanın (0:1) 5-ci dəqiqəsində zədələnərək oyunu vaxtından əvvəl tərk etmişdi.

Məlumata əsasən, Salibanın reabilitasiya müddətinin 3-4 həftə davam edəcəyi gözlənilir.